VAKANSİYA

07 Oktyabr

İnfrastruktur administratoru - VAKANSİYA

“Azercell Telekom“ MMC, İT Departamentinin İnfrastruktur administratoru vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Əsas öhdəliklər:

  • Server, storage, SAN, tape avadanlığının monitorinqi və dəstəyi
  • Linux əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • Linux sistemlərində işləyən servislərin quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • VMware Sphere, Center quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • VMware NSX quraşdırılması, konfiqurasiyası və dəstəyi, yarana biləcək problemlərin həll edilməsi
  • Yuxarıda adı çəkilən sistemlərin çalşması, təhlükəsizliyi və əlçatanlığının təmin edilməsi
  • Yuxarıda adı çəkilən sistemlərdə dəyişikliklərin, təkmilləşdirmə və miqrasiya işlərinin planlaşdırılmasının təmin edilməsi
  • Yuxarıda adı çəkilən sistemlər üzrə, lazımi sənədlərin hazırlanması
  • Qeyri-iş saatlarında, lazım olduğu halda, planlaşdırılmış texniki işlərin yerinə yetirilməsində iştirak etmək və dəstək göstərmək.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi və ya təcrübə

Dil bilikləri: 

  • Azərbaycan dili - əla, ingilis dili - yüksək səviyyədə.

İş təcrübəsi:

  • Fizik avadanlıq üzrə: Fiziki serverlərinin əməliyyat sistemlərinin yazılması üçün sazlanması. SAN avadanlığı üzərində zoninq olunması. Storage avadanlığından sistemlərə yer ayrılması. Tape avadanlığı barəsində anlayış.
  • Linux əməliyyat sistemləri, xüsusən CentOS və ya Red Hat Enterprise Linux üzrə biliklər
  • Linux üzrə: LVM, ACL, User, Group, Package Management, BIND, SQUID, KVM
  • Avtomatlaşdırma üzrə: Bash scripting, Python, Ansible
  • Virtualizasiya üzrə: VMware vSphere, vCenter yazılması, yeni versiyaların tətbiq edilməsi
  • Ehtiyat nüsxələmə: Tape avadanlığı ilə ehtiyat nüsxələrin çıxarılması və bərpası. Veeam ilə ehtiyat nüsxələrin çıxarılması və bərpası.
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az