"Bank Respublika" ASC, Onlayn satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
- Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
- Müştəri bazasının hazırlanması və yeni müştərilər cəlb edilməsində dəstək verməsi.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili arzuolunan;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.
QEYD: Teles satış (Soyuq zənglər) sahəsində çalışanlara üstünlük veriləcək.
Müraciət etmək üçün, CV-nizi qeyd olunan linkə göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az