“Groupone” MMC Aparıcı mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Fransa ofisinə aylıq və illik hesabatların göndərilməsi;
- Əmək haqqı ödənişlərinin yoxlanılması və köçürülməsinin təmin edilməsi;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırılması;
- Vergi, DSMF, Statistika, OMV və digər dövlət hesabatlarının (aylıq, rüblük, illik) olaraq hazırlanıb təqdim edilməsi;
- Kassa aparatı və pos terminalların alışının təmin edilməsi;
- Hər bir obyekt üzrə maliyyə hesabatının tərtib edilməsi;
- İşə qəbul edilən işçilərin əmək haqqı kartlarının sifariş edilməsi, müddəti bitmiş kartların uzadılmasının təmin olunması;
- Tədarükçülər, xidmət göstərən şirkətlər və digər tərəfdaşlarla yaranan mübahisəli halların araşdırılıb həll edilməsi;
- Yeni layihələr zamanı rəhbərliyin tapşırığına əsasən, büdcə planlama və analizlərinin hazırlanıb təqdim edilməsi;
- Yeni obyektlərin açılması üçün obyekt kodu, müqavilə, akt və digər zəruri sənədlərin hazırlanmasının təmin edilməsi;
- Xaricdən və/ və ya öılə daxilindən alınmış məhsulların ödənişinin köçürülməsi;
- Balans hesabatlarının (aylıq, rüblük, illik) hazırlanıb şirkət rəhbərliyinə təqdim edilməsi.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi : Ali maliyyə və mühasibat uçotu sahələri üzrə
- Yaş : 26 - 40
- Komandada işləmək bacarığı
- İşi təqib etmə
- Mühakimə
- Dəqiqlik
- Biznes yönümlük
- Kompüter bilikləri: MS Excel, MS Word
İş qrafiki:
- İş saatları 09:00 – 18:00
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə, Bazar
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir
- Azerbaycan Respublikasının Əmək Q. əsasən rəsmiləşdirilmə
- Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq
Uyğun namizədlər öz cvlərini “Aparıcı mühasib” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
Zemfira Ms
Fins.az