VAKANSİYA

20 Sentyabr

Starex Hüquqşünas AXTARIR

"Starex" şirkəti Hüquqşünas vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirmək və rəy vermək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək

Vəzifəyə dair tələblər:

  • Hüquq üzrə bakalavr ali təhsili;
  • Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində sərbəst yazı və danışıq;
  • Detallara yüksək diqqət;
  • Punktuallıq,
  • Təşəbbüskarlıq. 

Biz təklif edirik:

  • Dinamik iş mühiti;
  • Şəxsi və peşəkar inkişaf imkanı;
  • Nahar və telefon xərcləri şirkət tərəfindən ödənilir.
  • 3 aylıq sınaq müddətindən sonra tibbi sığorta;
  • İş qrafiki: Bazar ertəsi-Cümə 09:00-dan 18:00-dək;
  • Əmək haqqı təhsilinizə, təcrübənizə və peşəkar keyfiyyətlərinizə əsasən müəyyən ediləcək.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.