VAKANSİYA

18 Sentyabr

"Hilton Garden Inn Baku"da Gəlirlər üzrə nəzarətçi AXTARILIR

"Hilton Garden Inn Baku" Gəlirlər üzrə nəzarətçi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Otelin gəlir mənbələrinin izlənilməsi və analiz edilməsi;
  • Müxtəlif dövrlərdə (gündəlik, həftəlik, aylıq) gəlir hesabatlarının hazırlanması;
  • Gəlir göstəricilərinin müvafiq departamentlərə təqdim edilməsi;
  • Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək;
  • Bütün şöbələr üçün gündəlik gəliri və statistik məlumatı yoxlamaq, təsdiq etmək, yeniləmək və gündəlik gəlirlər üzrə hesabatı paylamaq;
  • Otaq qiymətlərində olan bütün dəyişiklikləri yoxlamaq və bu barədə hesabat hazırlayıb Maliyyə Nəzarətçisinə təqdim etmək;
  • Öz fəaliyyət sahəsində arxivin bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamaq və yeniləmək;

Tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Otelçilik sahəsində təcrübə arzuolunandır;
  • Opera PMS biliyi;
  • Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə geniş bilik;
  • Yaxşı ünsiyyət bacarıqları, həm yazılı, həm də şifahi;

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • Könüllü tibbi siğorta;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Gəlirlər üzrə nəzarətçi” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.