"Prior Leasing" şirkəti rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Biznes, marketinq və menecment sahələri üzrə olması arzuolunandır);
- Müvafiq sahədə 1-3 illik iş təcrübəsinə malik olmalı;
- Rəqəmsal marketinq üzrə istifadə olunan proqramlarda (xüsusilə Google Analitics, Tag Manager, Data Studio) sərbəst işləmə bacarığı olmalı;
- Meta Ads, Google Search Console, SEO üzrə biliklərə sahib olmalı.
Vəzifə öhdəlikləri:
- Müxtəlif metodlardan istifadə edərək rəqəmsal marketinq planının effektiv şəkildə hazırlanması və icrasını təmin etmək;
- Rəqəmsal marketinq büdcəsinə nəzarət və hər bir yerləşdirmə kanalları (ödənişli media, mobil, sosial və s.) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
- Meta Ads, Google Search, Google Display, Youtube video reklamları və e-poçt marketinqi ilə bağlı bütün rəqəmsal marketinq fəaliyyətlərini icra etmək;
- Mütəmadi olaraq rəqəmsal məlumatların və KPI göstəricilərinin təhlilini yerinə yetirmək və məlumatların tam və düzgün şəkildə digər tərəflərə çatdırılmasını təmin etmək;
- Vebsayt üzərindən effektivliyin ölçülməsi məqsədilə müxtəlif testləri yerinə yetirmək;
- Açar söz araşdırması aparılması, məzmunun optimallaşdırılması, reytinqlərin izlənilməsi proseslərinə nəzarət etmək;
- Məhsul və xidmət istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək;
- Onlayn analitika platformaları əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri strategiyalarının quraşdırılmasını təmin etmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 842-970 AZN;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.