“Azərikard” MMC Data mərkəzlərinin infrastrukturu üzrə texnik vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Mühəndislik üzrə ali bakalavr təhsili;
- HVAC (çiller, kondisioner, fancoil) sistemləri haqqında ümumi məlumat;
- Müxtəlif növ elektrik, siqnal və xəbərləşmə kabellərin istismar qaydalarının bilikləri;
- Data Mərkəzlərində (infrastruktur, əməliyyat və texniki xidmət) 2 ildən çox iş təcrübəsi;
- Data Mərkəzlərinin İnfrastrukturunun idarəetmə sistemləri ilə tanışlıq;
- İstilik, ventilyasiya və soyutma sistemləri ilə iş təcrübəsi;
- TIER standartları üzrə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Periodik plan əsasında texniki baxışların aparılması;
- Elektrik avadanlıqların montaj olunması və elektrik sxemləri ilə işləmə bacarığı;
- Elektrik sahəsinə aid olan təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu, elektrik materiallarının xüsusiyyətlərini bilmək və onlardan istifadə qaydalarını bacarmaq;
- İT şkaflarda PDU-larda güclərin yuvacıqlar görə bərabər bölünməsinə nəzarət etmək;
- Sviçlərin, Serverlərin və s. yerləşdiyi rəklərdə təmizlik işlərinin nəzarəti;
- Şöbə daxili infrastruktur avadanlıqlarının texniki baxımları üçün illik, rüblük, aylıq və gündəlik fiziki işlərin planlaşdırılması;
- Avadanlıqların, elektrik panellərinin, kabel xətlərinin və s. düzgün adlandırılması;
- Elektrik, Ethernet, FO kabellərin çəkilməsi;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirmək;
- Aşkar olunmuş nasazlıqların aradan qaldırılması üçün işin təşkili;
- Fiziki olaraq serverlerin, sviçlərin və s. cihazların rəklərə yerləşdirilməsi.
Namizədlərdən CV-lərini “Data mərkəzlərinin infrastrukturu üzrə texnik” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.