VAKANSİYA

16 Sentyabr

Məhsul üzrə data analitik - VAKANSİYA

"Umico" (Competo MMC) şirkəti Məhsul üzrə data analitik (Product data analyst) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Müxtəlif mənbələrdən, o cümlədən data bazalarından böyük datasetlərin toplanması, təmizlənməsi və yoxlanılması;
  • Əsas performans göstəricilərini (KPI) izləməklə məhsul performansının (user engagement, conversion rates, churn rates) təhlil edilməsi;
  • Məhsulun performansı, istifadəçi davranışı və bazar tendensiyaları haqqında faydalı anlayışları təmin edən ətraflı hesabatların və panellərin (dashboard) yaradılması;
  • Məhsul menecerləri, mühəndislər, marketoloqlar və satış qrupları ilə onların data ehtiyaclarının anlaması və məhsul strategiyasını idarə edən anlayışların təmin edilməsi üçün sıx əməkdaşlıq edilməsi;
  • Məhsulun təkmilləşdirilməsi, funksionallığın artırılması və strateji təşəbbüslər üçün data əsaslı  tövsiyələrin verilməsi;
  • Nəticələrin hazırlanması və menecerlər də daxil olmaqla maraqlı tərəflərə təqdim edilməsi;
  • Səmərəliliyi və dəqiqliyi artırmaq üçün datanın təhlil edilməsi, hesabat vermə və vizuallaşdırma üçün alətlərin və sistemlərin hazırlanması və qorunması;
  • İş axının sadələşdirilməsi və əl işlərinin azadılması üçün gündəlik dataların işlənməsi tapşırıqlarının və hesabat funksiyalarının avtomatlaşdırılması;
  • Analitik proseslərdə ardıcıllığın və keyfiyyətin təmin edilməsi, data təhlili üçün ən yaxşı təcrübələrin yaradılması və təşviq edilməsi;
  • Məhsulun məqsəd və vəzifələri üzrə uyğunluğun təmin edilməsi üçün kross-funksiyalı komandalarla əməkdaşlıq;
  • Data təhlili alətləri, metodologiyaları və ən yaxşı təcrübələr üzrə komanda üzvlərinə təlim və dəstək verilməsi;
  • Toplanan məlumatları və fikirləri komanda ilə paylaşaraq data əsaslı mədəniyyətin davamlı inkişaf edilməsi.

Namizədə tələblər:

  • Data Elmləri (Data Science), Statistika, Biznes, İqtisadiyyat və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti
  • Data analitiki və ya məhsul analitiki vəzifəsində minimum 2-3 illik iş təcrübəsi;
  • Statistik təhlil, verilənlərin modelləşdirilməsi və data vizuallaşdırılması üzrə bacarıqlar;
  • SQL və data analitikasına dair proqramlaşdırma dilləri (Python) üzrə yüksək biliklər;
  • Analitik alətlərlə (məsələn,Tableau, Power BI və ya Looker) üzrə təcrübə;
  • Templi mühitdə çoxsaylı layihələri idarə etmək bacarığı. 

Şərtlər:

  • İş rejimi: 5/2
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri : Üzeyir Hacibəyli 57 (Port Baku)

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni " Məhsul üzrə Data Analitik (Product Data Analyst)" mövzu hissəsində qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.