"Business Insight International Research GROUP" şirkəti Loyallıq proqramları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblərimiz:
- Kişi və ya xanım namizədlər;
- Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
- Yaş həddi: 22-35;
- Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
- Marketinq və ya loyallıq proqramları sahəsində ən azı 2 illik təcrübə;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş öhdəlikləri:
- Loyallıq proqramının hazırlanması və dəstəklənməsi: Müştərilərin proqrama cəlb olunması və saxlanması üçün təkliflərin hazırlanması və inkişaf etdirilməsi də daxil olmaqla loyallıq proqramının yaradılmasında və tətbiq olunamasında vəzifələrin icrası.
- Proqramın effektivliyinin analizi: Loyallıq proqramının işinə dair məlumatların toplanması və təhlili, o cümlədən iştirakçıların fəallıq göstəriciləri, alış-veriş tezliyi və müştəri məmnuniyyəti səviyyəsi və sair metriklərlə olçülməsi.
- Təkliflərin fərdiləşdirilməsi: Proqram iştirakçılarının davranış və üstünlüklərinin təhlili əsasında fərdiləşdirilmiş təkliflərin, eləcə də aksiyaların hazırlanması və tətbiq olunması.
- Digər şöbələrlə koordinasiya: Loyallıq proqramının effektiv işləməsi və onun digər biznes prosesləri ilə inteqrasiyasını təmin etmək üçün marketinq, satış, digital və digər şöbələrlə qarşılıqlı əlaqə.
- Rəqiblərin monitorinqi: Rəqiblərin loyallıq proqramlarının və bazar trendlərinin öyrənilməsi və təhlili, öz proqramını yaxşılaşdırmaq üçün təkliflərin hazırlanması.
- Hesabatlıq və sənədləşmə: Loyallıq proqramının işinin nəticələri haqqında hesabatların hazırlanması, sənədləşmənin aparılması və onun korporativ standartlara uyğunluğunun təmin edilməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini [email protected] ünvanına “Loyallıq Proqramları üzrə Mütəxəssis” başlığı altında göndərə bilərlər.