"Super Toys" şirkəti Maliyyə üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşin təsviri:
- Mənfəət və Zərər hesabatlarının hazırlanması;
- Balans,pul vəsaitləri haqqında maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə təhlilləri edərək uyğunsuzluqların müəyyən edilməsi;
- Balans maddələrinin gündəlik olaraq yoxlanılması;
- İllik büdcənin hazırlanmasına dəstək;
- Büdcənin davamlı olaraq təqib olunması;
Tələblər:
- Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür.
- Hesabatlılıq üzrə biliklər və təcrübə,
- ERP sisteminin qurulmasında təcrübə üstünlükdür.
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli,
- Digər analitika proqram bacarıqları üstünlükdür.
- Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;
Əmək haqqı: 1200-1500 AZN
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Maliyyə mütəxəssisi” yazaraq e-mail ünvanına ([email protected]) göndərmələri xahiş olunur.