VAKANSİYA

12 Sentyabr

Risklərin idarə edilməsi departamentinin direktor müavini - VAKANSİYA

“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin direktor müavini vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İşin təsviri:

  • Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
  • Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
  • Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
  • Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
  • Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
  • Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.

Namizədə dair tələblər:

  • Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
  • Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
  • Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
  • Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
  • Liderlik və işçi heyətini idarəetmə bacarığı;
  • Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
  • Bankın aidiyyәti struktur bölmәlәri ilә birgә fәaliyyәt növlәri üzrә risk limitlәrinin hazırlanması, onlara dәyişikliklәrin edilmәsində iştirak etmək;
  • Risklәrin müәyyәnlәşdirilmәsi vә qiymәtlәndirilmәsi işini təşkil etmək, tәhlili vә nәticә barәdә hesabatlılığı təmin etmək.
  • Ofis proqramlarından (Excel yüksək səviyyədə) istifadə etmək bacarığı olmalıdır.

İş şəraiti:

  • İş saatı 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: şənbə və bazar günləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Risklərin idarə edilməsi departamentinin direktor müavini” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.