VAKANSİYA

05 Sentyabr

IT Test etmə üzrə mühəndis - VAKANSİYA

"Azerconnect Group" şirkəti IT Testing Engineer/ IT Test etmə üzrə mühəndis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Mövcud və yeni proqram təminatlarının, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək
  • Yeni və mövcud  xidmət və tətbiqlər üçün “ATP” və “UAT” testlərin hazırlanması
  • Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək
  • Sənədlərin nəzərdən keçirilmə prosesində iştirak etmək
  • Test nəticələrini və məhsulun son vəziyyətini göstərən test hesabatları yaratmaq
  • Vendor və Azerconnect proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək
  • Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək
  • Daxili qaydalara və prosedurlara riayət etmək 
  • TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək

Vəzifənin tələbləri:

  • Bakalavr dərəcəsi (texniki sahəyə üstünlük verilir)
  • Mobil şəbəkə üzrə biliklər arzu olunandır
  • Keyfiyyət idarəetmə metodologiyaları haqqında biliklər
  • Test sənədlərinin işlənməsi və inkişafı üzrə biliklər
  • Testetmə və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir
  • Mobil rabitə sahəsində 1 il iş təcrübəsi
  • Java, JavaScript  (başlanğıc) / HTML
  • UNIX/Linux
  • PL/SQL Proqramlaşdırma bilikləri
  • Azərbaycan və Rus dillərini sərbəst, İngilis dilini yaxşı bilmək 
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək

Bizim dəyərlərimiz:

* Müştəriyə xidmət edək: Öncə müştəri

* Birlikdə hərəkət edək: Hər zaman komanda işi

* Etibarlı davranaq: Etibarlı və şəffaf

* Fikrimizi bildirək: Cəsarətli və çağırışçı

* Rəqəmsal düşünək: Yaradıcı və yenilikçi

Biz nə təklif edirik? 

 * Rəqabətli kompensasiya

 * Performans əsasında həvəsləndirici və bonuslar

 * Əlavə imtiyazlar

 * Performansa əsaslanan mədəniyyət

 * Müxtəlif təhsil və inkişaf imkanları

 * Karyera inkişaf imkanı

 * Hibrid iş imkanı

 * Ən dinamik şirkətdə işləmənin unikal təcrübəsi

 * Innovativ məhsullar və rəqəmsallaşma

 * Beynəlxalq təcrübə

 * Yüksək bacarığa malik peşəkar komanda

 * Kross-funksional əməkdaşlıq

 * Təcrübə mübadiləsi

Funksiya: İnformasiya Texnologiyaları və Əsas Şəbəkə İdarəsi

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Son müraciət tarixi: 23.09.2024

Biz bərabərliyə hörmət edən, fərqlərə dəyər verən, inklüzivliyi qiymətləndirən və aidiyyatı dəyərləndirən iş yeri mədəniyyətini inkişaf etdirməyə sadiqik.

Müraciət üçün LİNKƏ daxil olun.