"PAŞA Sığorta" şirkəti Nümayəndəliklərin idarəolunması üzrə sektor rəhbəri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə Öhdəlikləri:
- Nümayəndəliklərin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliklərin dəqiq işinin təmin edilməsi;
- İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliklərin bütün əməkdaşlarına məlumatın təqdim edilməsini, nümayəndəliklərdə nizam-intizam qaydalarına ciddi riayət olunmasının təmin edilməsi;
- Şirkət tərəfindən həyata keçirilən layihələrə bölgələrdə nəzarətin təmin edilməsi, habelә şirkətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;
- Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunu aparılması;
- Bölgələrdə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və bölgələr üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;
- Novatorçu mövqeyindən çıxış edərək daimi olaraq yeni satış bazarlarının inkişaf etdirilməsi, habelə sığorta mәhsullarının satışına aid olan yeni metodlar üzrə təkliflər ilə çıxış edilməsi;
- Şirkətə müraciət edən müştərilərə yüksək xidmətin göstərilməsinə, müştəri sorğularının vaxtında və düzgün cavablandırılmasına;
- Nümayəndəliklərin əməkdaşları arasında vəzifə bölgüsünü birbaşa rəhbəri ilə razılaşdırılması, şirkətin sığorta mәhsullarının təşviqi və nümayəndəliklərin hər bir əməkdaşı tərəfindən planda olan satış vəzifələrinin yerinə yetirilmәsi üçün məsuliyyət daşımaq;
- Müvafiq sığorta şərtlərinin və tarif dərəcələrinin müəyyənləşməsi məqsədi ilə müştərilər tərəfindən sorğulara cavabların hazırlanmasına və onların, həmçinin sifarişçi haqqında tələb olunan əlavə məlumatların Aderraytinq şöbəsinə daxil olmasına nəzarət edilməsi.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Biznes, Maliyyə və ya Marketinq ixtisasları üzrə balakavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: yaxşı, Rus dili: yaxşı səviyyədə
- Kompüter bilikləri: MS Office: əla, Outlook: əla.
- Sahə/ixtisas bilik, bacarıqları: Sığorta Qanunvericiliyi: yaxşı, Satış Texnikaları: yaxşı.
- Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 03.10.2024
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.