VAKANSİYA

08 Sentyabr

Baş mühasib - VAKANSİYA

"Bafco İnvest" şirkəti Baş mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əsas vəzifə və öhdəliklər:

  • Bütün mühasibat uçotunu Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq düzgün aparmaq
  • Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, İFRS, DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək; 
  • Vergi bəyannamələrinin düzgün və vaxtında hazırlanması və təqdim edilməsi, vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi.
  • Büdcə planlaşdırılması: BOKT-un maliyyə büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə icrasının monitorinqi.
  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
  • Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
  • Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,
  • Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
  • Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (Maliyyə üzrə arzuolunandır); 
  • Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri; 
  • İş qrafiki: 5 günlük iş həftəsi, iş saatı: 09:00 - 18:00 
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 1500 - 2000 AZN net.

Uyğun namizədlər CV-lərini email ünvanına ([email protected]), mövzu yerinə “Baş mühasib” yazmaqla göndərə bilərlər.