"Şam-Fi" MMC Keyfiyyəti İdarəetmə Sistemləri üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- MS Office proqramları ilə yaxşı işləmək bacarığı;
- Analitik düşüncə, güclü social-kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;
- ISO 9001:22000 sertikatı mütləqdir;
- Operativ və düzgün qərar vermək bacarığı;
- İdarəetmə və liderlik qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Keyfiyyəti İdarəetmə Sistemlərinə uyğun olaraq təşkilatın normativ sənədlərinin (prosedur, təlimat, forma, əsasnamə, blok sxem və digər) hazırlanması üçün planların hazırlanması, əlaqəli proses rəhbərləri ilə sənədlərin yaradılması, təsdiqlədilməsi və yayımlanması;
- Şirkətin müvafiq olaraq Keyfiyyət, SƏTƏM və digər siyasətlərinin hazırlanması işinə dəstək olunması;
- Şirkət səviyyəsində və proseslər bazasında SWOT analizinin aparılması və sənədləşdirilmiş məlumat şəklində saxlanılması;
- Şirkət daxilində proseslərə uyğun olaraq bütün fəaliyyətlərin standart və təsdiqlənmiş sənəd üzərindən idarə edilməsi işini nəzarətdə saxlamaq; həmçinin standart olmayan sənədləri proses rəhbərləri ilə birlikdə hazırlanması işinin təşkili;
- Struktur bölmələr üzrə illik, yarımillik və prosedura uyğun periodlarda SMART hədəflərin hazırlanmasını tələb etmək və nəzarətdə saxlamaq;
- Beynəlxalq İdarəetmə Sistemlərinin tələblərinə uyğun Şöbə/Departamentlərlə risk qiymətləndirmə prosesinin aparılması prosesinə nəzarət və məlumatların arxivlənməsi;
- Beynəlxalq İdarəetmə Sistemlərinin və müştəri tələbləri əsasında Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq, nəticələrin əlaqəli şəxslərlə paylaşılması və nəzarət;
- İldə 1 dəfə standartın tələbinə uyğun olaraq Rəhbərlik tərəfindən təhlil toplantısı üçün məlumatların toplanması, emal edilməsi və üst rəhbərliyin müzakirəsinə təqdim edilməsi;
Uyğun namizədlər mövzu hissəsində “Keyfiyyəti İdarəemə Sistemləri üzrə aparıcı Mütəxəssis ” qeyd edərək e-mail ([email protected]) ünvanına müraciət etmələrini xahiş edirik.