“Azercell Telekom“ MMC Son İstifadəçi Testi Mütəxəssisi / İnformasiya Texnologiyaları (Ştatdankənar) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Rəqabətli əmək haqqı
- Korporativ nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
- Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
- Biznes Tələblərinə dair sənədləri nəzərdən keçirmək
- Tələblərin İzlənməsi Sxemi üzrə test nümunələri/istifadə halları ( qeyri-texniki) hazırlamaq
- Son İstifadəçi testlərini icra etmək və nəticələri test hesabatında qeyd etmək.
- Uğursuz hallarla bağlı testin yenidən işlənməsi ssenariləri (fəaliyyət planı) hazırlamaq
- Mövcud məhsul və ya xidmət dəyişiklikləri zamanı reqressiya testini həyata keçirmək
- Test nəticələrini Layihə/Məhsul Sahibinə təqdim etmək
- Lazım gəldikdə mobil tətbiq testlərini həyata keçirmək
- Azercell Biznes və Məhsul İdarəetmə komandaları ilə əməkdaşlıq etmək
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Təhsil:
- Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi və/yaxud iştirak etdiyi və yerinə yetirdiyi müvafiq texniki təlimlər üzrə rəsmi sertifikatlar və/yaxud ekvivalent olaraq istənilən İT sahəsi üzrə ən azı 1 illik iş təcrübəsi
Dil bilikləri:
- Azərbaycan dili – Professional səviyyə
- İngilis dili – Yuxarı səviyyə – peşəkar iş səviyyəsi
Yumşaq Bacarıqlar:
- Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək və vaxtı idarə etməklə yanaşı təşkilatçılıq bacarığı
- Güclü analitik təhliletmə bacarığı
- Əla ünsiyyət və danışıqlar aparmaq bacarıqları ilə yanaşı müştəri tələblərini anlamaq bacarığı
- Biznes tələblərini test nümunələrində əks etdirmək bacarığı.
- Son icra tarixinə uyğun işləmək bacarığı
- Məlumat sorğusu ilə işləyə bilənlərə üstünlük verilir
- Mobil OSS ilə işləmək bacarığı
- MS ofis proqramları ilə işləmək bacarığı;
- Test prosesi, metodologiyalar və planlaşdırma üzrə bilik
- Telekommunikasiya sənayesi, müvafiq texniki arxitektura və sənaye standartları
Arzu olunan Bacarıqlar:
- Davamlı Öyrənmək istəyi
- Çevik düşüncə tərzi
- "Ən yaxşı müştəri təcrübəsi" nümayiş etdirmək istəyi
Üstünlük verilən Yetkinliklər:
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Açıq fikirli və pozitiv münasibət;
- Qərarvermə qabiliyyəti.
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
Əlaqə: //azercell.easyhire.me/job/details/663a1352e14cb12c19f0208f