"Veliev" MMC İT mütəxəssis/Helpdesk vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Müraciət olunmuş sorğularının vaxtında və düzgün həll edilməsinin təmin edilməsi;
- Noutbuk, masaüstü kompyuter, printer və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının (Windows, Office və s.) quraşdırılması və problemlərin aşkar olunaraq operativ şəkildə icra olunmasını təmin etmək;
- Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqinin təmin edilməsi və nəzarəti;
- Şəbəkə cihazlarının domain sisteminə əlavə edilməsi və sazlanılması;
- İstifadəçilərə e-poçtun quraşdırılması və konfiqurasiyası;
- Mütəmadi olaraq texniki avadanlıqların inventarizasiyasını aparmaq;
- Şirkət üçün alınan IT cihazlarının tələbinin açılması, gələn malların sənəd və fiziki uyğunluğunu kontrolu;
- Müşahidə kameralarının (Analoq, HD, IP) quraşdırılması, DVR və NVR cihazlarının montajı (üstünlükdür)
Namizədə tələblər:
- Analoji sahədə 1-3 il iş təcrübəsi;
- Ali təhsil (texniki təhsil arzu olunandır);
- Masaüstü və noutbuk kompyuterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı;
- IT ve Helpdesk sahəsində fundamental proseslərdən anlayışın olması;
- Windows Server, Active Directory və Group Policy anlayışından xəbərdar olmaq;
- Word, Excel, PowerPoint bilikləri;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
İş şəraiti:
- Ölkənin qabaqçıl və aktiv inkişaf edən VƏLİEV MMC şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Qanunvericiliyə uyğun sənədləşdirmə
- Nahar şirkət tərəfindən verilir
- Ə/h müsahibə əsasında, şəxsin bilik və bacarıqlarına uyğun olaraq qiymətləndirləcəkdir
- Davamlı karyera inkişafı
İş yeri: Sumqayıt şəhəri
Vakansiyaya müraciət üçün CV-nizi “İT mütəxəssis " mövzusu ilə email ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.