"Baku Electronics" şirkəti sahə mühəndisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə funksiyaları:
- Layihə üzrə fəaliyyət planının hazırlanması;
- Müqavilə tələblərinə müvafiq olaraq sahədə fəaliyyət göstərən tərəflərin iş prosesinin düzgün istiqamətləndirilməsi və prossesə nəzarətin həyata keçirilməsi;
- Layihənin əhatə dairəsi çərçivəsində tərəflərlə görüşlərin təşkili, həll edici məqamların müzakirəsi və yekun nəticənin razılaşdırılması;
- Razılaşdırılmış yekun fəaliyyət planına əsasən iş prosesinin düzgün təşkili və müvafiq tərəflərlə icrasının təmin edilməsi;
- Layihənin təyin olunmuş zamanda və nəzərdə tutulan büdcə əsasında, norma və standartlara uyğun şəkildə təhvilinin tənzimlənməsi;
- Layihə üzrə iş gedişatına nəzarət edilməsi və vəzifə öhdəlikləri daxilində müvafiq tərəflərin məlumatlandırılması;
- İş prosesinin daim izlənilməsi, risklərin müəyyənləşdirilməsi, yaranmış problemlə bağlı tədbirlər planının hazırlanması;
- Dizayner komandası ilə iş prosesin koordinasiya edilməsi, analizi və təhlilinin həyata keçirilməsi;
Namizəddən tələblər:
- İnşaat mühəndisliyi, tikinti və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Müvafiq sahədə 3 ildən artıq təcrübə;
- Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
- AutoCAD-dan istifadə təcrübəsi (digər dizayn proqramları üstünlükdür);
- Komandada işləmək bacarığı;
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.