"North West Construction" MMC Anbar sistemi operatoru (Qarabağ) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzi̇fə öhdəlikləri:
- Proqramda mal-materialların izlənməsi və məlumatın hesabat şəklində işlənməsi;
- Xüsusi proqramda müvafiq düzəlişlərin aparılması;
- Mal-materialların anbardan verilməsi zamanı sənəd tərtibatının düzgünlüyünə nəzarət;
- Satınalma və loqistika şöbəsi üçün hesabatların tərtib edilməsi;
- Daxil olan yükün müəyyən edilməsi və sistemdə yükün qəbulu üzrə sorğuların yerləşdirilməsi;
- Çatdırmadan sonra qəbulun təsdiq edilməsi (sənədlərin, qəbul edilmiş mal üzrə aktın yoxlanması, anbara yerləşdirilməsinin təsdiqi);
- Problemlərin, çatışmazlıqların, artıqların və qüsurların həll edilməsi;
- İadələr üzrə sənədlərin işlənməsi;
- Sifarişlərə dair sənədlərin çap edilməsi;
- Hesabatların hazırlanması;
Tələblər:
- Müvafiq sahə üzrə azı 1-2 il iş təcrübəsi;
- Ofis proqramlarının sərbəst istifadə etmək;
- VMS (anbar) proqramında iş təcrübəsi üstünlükdür;
- 1C programını bilmək üstünlükdür;
Namizədlərdən CV-ni "Anbar sistem operatoru" mövzusu ilə elektron poçtuna ([email protected]) göndərməyi xahiş olunur.