“AirGroup” MMC Marketinq şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Namizədə tələblər:
- Ali təhsil
- Yaş həddi: 30-40;
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Kollektivlə ünsiyyət qurma bacarığı
- Stresə davamlı
- Səliqəli və ciddi xarici görünüş
- Azərbaycan , ingilis dillərini mükəmməl səviyyədə, rus dilini yaxşı səviyyədə bilməli.
- Marketinq sahəsində min 5 il təcrübə
- Xaricdə iş təcrübəsi üstünlükdür.
İş barədə məlumat:
• Şirkətin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq
istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etməlidir;
• Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını
təşkil etməlidir;
• Şirkətin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməməlidir;
• Marketinq strategiyasını hazırlamalı, konsepti formalaşdırmalıdır;
• Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
• Marketinq planı və büdcəsini hazırlamalıdır;
• Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək,
strategiya və inkişaf planı layihələrini hazıramalı, nəzarət etməli və təhlilini aparmalıdır;
• Müştəri bazasını genişləndirməlidir;
• Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət
etməlidir;
• Kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində rəhbərliyə hesabat
hazırlanmalıdır;
• Şöbələrin inzibati və funksional layihələrini hazırlamalı və tədbiq edilməsinə nəzarət
etməlidir.
Əlavə məlumatlar:
• Əmək haqqı: Ştat cədvəlinə uyğun
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• Azerbaycan Respubıikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
• Korporativ nömrə və danışıq balansı
Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini və portfoliosunu e-mailin mövzu hissəsində “Marketinq şöbəsinin müdiri” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.