VAKANSİYA

26 Avqust

İnsan Resursları üzrə mütəxəssis - VAKANSİYA

"M Bulak BOKT" MMC İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Tələblər:

  • Ali təhsilli şəxs təyin olunur;
  • Minimum 3 il iş təcrübəsi (insan resursları üzrə);
  • Xidməti ezamiyyətlərə getmə hazırlığı.
  • Kadr kargüzarlığı sistemini bilməli;
  • Elektron hökümət portalında işləmə bacarığı.

Peşəkar səriştələr (bacarıq və biliklər):

  • Müasir texniki proqramın istifadəsi ilə məlumatın hazırlanma üsulları;
  • Azərbaycan və rus dillərində savadlı yazı və şifahi vərdişlərə malik olmaq;
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Ümumi, sosial psixologiyanın əsasları;
  • Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri;
  • Azərbaycan Respublikasının Əmək məcəlləsini bilməli.

Məsuliyyət sahələri üzrə öhdəliklər:

  • Kadr kargüzarlıqı üzrə bütün işləri həyata keçirməli
  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad əmlərini hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını və müvafiq qovluqlara tikilməsini təmin edir.
  • İR depatamentin rəhbəri işdə olmayan hallarda kadr  və digər əmrləri vizalayır.
  • İR depatamentin menecerinin tapşırığı əsasında vakant vəzifələr üzrə elanların mətnini hazırlayır, müvafiq şöbələr ilə razılaşdırır və elanların yerləşdirilməsini təmin edir, intervyu prosesini təşkil edir, yeni işə qəbul olunmuş əməkdaşlara giriş təlimləri keçir.
  • Elektron hökümət portalında kadrlara aid olan bütün işləri aparır
  • İşçilərin icbari sığortalanmasının təmin edilməsi
  • Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi
  • Əməkdaşlarla bağlı fillialrda yaranan sualların kooordinasiyası və onların həlli

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Əmək haqqı 1700 AZN-dən başlayaraq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  elektron ünvanına ([email protected]) “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər.