VAKANSİYA

26 Avqust

Moda dizayneri - VAKANSİYA

"Nur Collection" MMC Moda dizayneri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Mövcud moda meyllərindən, üslublardan və yeni yaranan dizaynlardən xəbərdar olmaq.
  • Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların nəyi bəyənəcəyini müəyyənləşdirmək
  • Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komanda ilə işləmək
  • Dizayn komandası ilə yeni məhsullar üçün eskizlərin hazırlanması
  • Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılması
  • Dizaynların istehsalına nəzarət
  • Parça nümunələri almaq üçün istehsalçılara və ya ticarət yarmarkalarına baş çəkmək,
  • Dizayn məhsulunun hədəf istehlakçıların yaşı, cinsi, üslubu və sosial-iqtisadi vəziyyətinə uyğun olması üçün modellər üzərində nümunə paltarların görünüşünün araşdırılması və lazım gəldikdə paltarların yenidən dizayn edilməsi,
  • Məhsulun müştəri, bazar və qiymət meyarlarına uyğun olmasını təmin etmək üçün satınalma və istehsal qrupları ilə daimi əlaqədə olmaq.

Tələblər:

  • İllüstrasiya vasitəsilə dizayn fikirlərini ifadə etmək bacarığına malik olmaq,
  • Kompüter dəstəkli dizayn proqramlarından və qrafik redaktor proqramlarından istifadə edə bilmək,
  • Rənglərdəki kiçik fərqlər kimi detalları ayırd edə bilmək bacarığına sahib olmaq
  • Unikal, funksional və dəbli dizaynlar yarada biləcək yaradıcılıq nümayiş etdirmək.

İşin təsviri:

  • İş yeri: Bakı şəhəri Masazır dariəsinin girişi
  • İş rejimi:Həftə içi 5 tam iş günü (6-cı gün qısaldılmış iş günü 09:00-14:00)
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı müsahibə əsasında

E-mail: [email protected]