"Modenis" MMC (eManat) Ödəniş sistemlərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Texniki tələblər:
• Riyazi, alqoritmik və məntiqi düşüncə qabiliyyəti
• C#, Java və ya JavaScript proqramlaşdırma dillərindən ən azı biri ilə 1 ilə qədər təcrübə.
• Təməl SQL bilikləri
• Windows/Linux bilikləri
• Tapşırıqların idarə edilməsi alətləri ilə tanışlıq (Jira, ServiceDesk)
• Git versiya kontrol sistemi ilə təcrübə
• Web Servislər barədə geniş məlumat (SOAP, REST API)
• İnformasiya transfer protokolları ilə bağlı təcrübə və biliklər (HTTP(S), FTP)
• Məlumat mübadiləsi formatlarını bilmək (JSON, XML və s.)
• Xarici dil: Rus – yaxşı, İngilis – yaxşı
Vəzifə öhdəlikləri:
• Sistemin arxitekturasını, işləmə prinsipini dərindən anlamaq
• Mövcud xidmətlərin düzgün işləməsini təmin etmək
• Digər ödəniş sistemlərinə inteqrasiyaların düzgün işləməsini nəzarətdə saxlamaq
• Təkrarlanan proseslərin avtomatlaşdırılması barədə həllər təqdim etmək, köməkçi alətlər hazırlamaq
• Ödəniş sistemlərində yeniliklər və dəyişiklikləri tətbiq etmək
• Daxil olan sorğu əsasında terminal proqram təminatının yenilənməsi
• Sistem proseslərinin analiz edilməsi, insidentlərin aşkarlanması, həll yollarının tapılması və sənədləşdirilməsi
• Terminal və mərkəzi sistemin loqlarının analizi
• Verilənlər bazasından tələb olunan məlumatların əldə edilməsi və analizi
• Komandanın birgə layihələrində yaxından iştirak
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur, aşağıdakı linkə daxil olub, CV-nizi yönləndirəsiniz:
canscreen.io/vacancies/243