VAKANSİYA

23 Avqust

Mühəndis-konstruktor (yol üzrə) - VAKANSİYA

"North West Construction" şirkəti Mühəndis-konstruktor (yol üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş haqqında:

  • Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
  • Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
  • Mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması;
  • Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək
  • Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
  • Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir.
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir

Namizədə tələblər:

  • Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
  • İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, REVIT
  • Dil bilikləri: Azərbaycan, İngilis dili. Digər dillər əlavə üstünlük hesab olunur

Namizədlərdən CV-ni "Mühəndis-konstruktor" mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməkləri xahiş olunur.