Xəbər portalına Xəbər admini vəzifəsinə vakansiya elan olunur.
Fins.az vakansiya ilə bağlı tələbləri və öhdəlikləri təqdim edir.
Vakansiya elanı: Xəbər admini
Öhdəlikləri:
- Xəbərlərin toplanması, redaktəsi və portala yerləşdirilməsi.
- Xəbər başlıqlarının yaradılması və oxucu cəlb edilməsi.
- Sosial media hesablarında məzmunun paylaşılması.
- Portala daxil olan xəbərlərin operativ olaraq yenilənməsi.
Tələblər:
- Jurnalistika, kommunikasiya və ya əlaqədar sahədə ali təhsil. (Dil-ədəbiyyat, filalogiya və s.)
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı.
- Xəbər portallarında və ya media sahəsində minimum 1-2 il iş təcrübəsi.
- Məlumatların tez və dəqiq işlənilməsi bacarığı.
- Komandada işləmə bacarığı və yüksək məsuliyyət hissi.
- Məsuliyyətli, kreativ və təşəbbüskar.
Təkliflərimiz:
- Peşəkar inkişaf imkanları və davamlı təlimlər.
- Rahat və müasir iş mühiti.
Müraciət etmək üçün CV-nizi e-mail ünvanına ([email protected]) göndərin.
Əmək haqqı: 500 AZN