MPAY QSC Aparıcı İT biznes analitik vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması və təhlili
- Texniki sənədlərin analizi və hazırlanması
- Ödəniş sistemlərində inteqrasiyaların icrasının təmin edilməsi
- Dəyişiklik təkliflərini qiymətləndirmək və təşkilatın hədəflərinə çatmasına kömək etmək üçün həll yollarını müəyyənləşdirmək
- Proqramlaşdırma, Sistem analitik və Biznesin inkişafı qrupu ilə işləyərək müştəri tələblərinin analizini təmin etmək
- Aidiyyatı struktur vahidləri ilə birgə ödəniş sistemlərində xidmətlərin funksionallığını yoxlamasında və baş verən nasazlıqlarda həll yollarının tapılmasında iştirak etmək
- Şirkətin fəaliyyətini nəzərə almaqla müxtəlif istiqamətlərdə təhlillərin aparılması və həllərin təklif edilməsi
- SDLC – Proqram təminatının həyat dövrü sahəsində baza biliklərinin olması
- Ödəniş sistemlərində yer alan xidmətlər üçün nəzərdə tutulan əlavə və dəyişikliklərin layihə çərçivəsində icra olunmasına dəstəyin göstərilməsi
- Şirkətin portfoliosunda yer alan daxili layihələrin reallaşdırılmasında tələblərin toplanması və tərtib edilməsi
- Güclü,zəif tərəflər, imkan və risklərin təhlilinin aparılması (SWOT analizlərin edilməsi)
Namizədə qoyulan tələblər:
- Müvafiq sahədə (Ödəniş sistemləri, Bank əməliyyatları, FinTech) ən azı 2 il iş təcrübəsi
- UML və BPMN üzrə biliklər və iş təcrübəsi
- Redmine, Jira, və s. alətlərlə iş təcrübəsi
- Web Servislərlə işləmə təcrübəsi və biliklərin olması
- SOAP və REST üzrə iş təcrübəsi
- Swagger və Postman üzrə iş təcrübəsi
- APİ Server-lərin sorğulanması bacarığı, Sorğulama formatları (JSON / XML) barədə anlayışa biliklərin olması;
- Məntiqi-Riyazi düşüncə, müsahibə və sorğulama, analitik və sistematik düşüncə tərzi
- Güclü komunikasiya və analitik düşüncə qabiliyyətinə
- Word, Excel, PowerPoint bilikləri;
- Ali təhsil;
- Dil bilikləri: İngilis dili – B1 (Intermediate) ; Rus dili – B1 (Intermediate);
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına ([email protected]) göndərəsiniz.