"PASHA Bank" Məhsul üzrə Analitik (Biznes İnnovasiyaları) vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
Bazar Araşdırması:
- Bazarı, trendləri, rəqabəti və hədəf kütlənin ehtiyaclarını öyrənmək üçün hərtərəfli bazar araşdırılmasının aparılması;
- Araşdırmadan əldə edilən məlumatları “anlayışlara” (insights) çevirmək və yeni imkanlarını təyin etmək və məhsulun inkişaf strategiyalarına töhfə vermək üçün istifadə etmək;
Məlumatların Toplanması və Təhlili:
- İstifadəçi davranışını və məhsuldan istifadə yollarını hərtərəfli başa düşmək üçün fərqli mənbələrdən məlumatları toplamaq və təhlil təhlil etmək;
- Sorğulardan, istifadəçi testlərindən və digər mənbələrdən müştəri rəylərini toplamaq və təhlil etmək;
Məhsul Performansının İzlənməsi:
- Məhsulun əsas və ikinci dərəcəli performans göstəricilərini izləmək;
- Performans göstəricilərindən fərqli “pattern”ləri və trendləri ortaya çıxarmaq;
Məhsulun Performans Qiymətləndirilməsi:
- Mütəmadi olaraq məhsulun performansını əvvəlcədən müəyyən edilmiş hədəflər və göstəricilər əsasında qiymətləndirmək;
- Göstəriciləri araşdırmaq, potensial təkmilləşmə sahələrini müəyyənləşdirmək və təhlil əsasında Məhsul Sahibinə optimallaşdırma strategiyaları təklif etmək;
Hesabat və Təqdimat:
- Məlumatların təhlili və məhsul qiymətləndirmələrinin nəticələrini ümumiləşdirən ətraflı hesabatlar hazırlamaq (məlumatları asan başa düşülən formatda təqdim etmək üçün qrafiklər, diaqramlar və digər vəsaitlərdən istifadə etməklə);
- Nəticələri məhsul komandasına və yüksək rəhbərliyə təqdim etmək;
İstifadəçi Rəyinin İdarə Edilməsi:
- Fərqli sorğulardan, dəstək komandalarına gələn müraciətlərindən, istifadəçi testlərindən və s. kanallardan daxil olan rəyləri toplamaq və təhlil etmək
- Məhsulun təkmilləşməsi və istifadə təcrübəsinin yaxşılaşdırılması üçün əyləri təhlil nəticəsini icra edilə bilən təkliflərə çevirmək
Tələblər:
- Statistika, Kompyuter elmləri, Biznes, Marketinq və ya digər əlaqəli ixtisasda bakalavr təhsili;
- Məhsul analitiki və ya oxşar sahədə iş təcrübəsi;
- Güclü analitik düşüncə tərzi. Fərqli analitik alətlərdən istifadə təcrübəsi (SQL, Tableau, Grafana, Excel və s);
- Bazar araşdırması və məlumatların toplanması metodologiyaları barədə təcrübə;
- Statistik təhlil və məlumatların vizuallaşdırılması texnikaları haqqında praktiki təcrübə;
- Əla ünsiyyət bacarığı. Mürəkkəb məlumatları, statistik göstəriciləri yazılı, təqdimat və ya şifahi şəkildə komandaya və ya rəhbərliyə təqdim edə bilmə bacarığı;
- Detallara diqqət və güclü təşkilatçılıq bacarığı;
- Fərqli funksiyalardan olan komandalarla işləmək və əməkdaşlıq etmək bacarığı;
- Məhsul sahibliyi və məhsul yaradılması prosesi ilə yaxından tanışlıq;
- Agile metodologiyaları ilə tanışlıq və ya agile mühitdə işləmə təcrübəsi.
Müraciət üçün LİNKƏ daxil olun.