Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası İnzibati department üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Ofis ləvazimatlarının, su ehtiyaclarının və sorğulara əsasən digər sifarişləri təşkil etmək;
- Daxili və xarici sənədlərin qəbulu, emal edilməsi, qeydiyyatı və aidiyyəti üzrə təhvil verilməsi (göndərilməsi);
- Müəssisə üzrə müxtəlif tədbirlərin təşkil olunmasında dəstək olmaq;
- Hüquqi sənədlərin reyestrə işlənilməsi, skan edilməsi, nüsxələrin yaradılması, qovluğa yerləşdirilməsi;
- Hüquqi sənədlərin razılaşdırma vərəqlərinin hazırlanması, sənədlərin tikilmə və qaytanlanmasını təmin etmək;
- Yaradılmış elektron reyestrinin idarə olunması, reyestr məlumatlarının yenilənməsini təmin etmək.
- Vəzifə öhdəlikləri ilə bağlı rəhbərin digər tapşırıq və göstərişlərini icra etmək.
- Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Zəruri məlumatları telefon və ya elektron poçt vasitəsi ilə təqdim etmək;
- İclasların təyin edilməsi və aidiyyəti olan işçiləri məlumatlandırılmaq.
- Rəhbərliyin tapşırıqlarını və digər administrativ işləri vaxtında və düzgün yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil;
- İnzibati işlər və kargüzarlıq sahəsində 1-3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan və rus dili – sərbəst;
- İngilis dili –yaxşı səviyyədə;
- Ünsiyyət bacarıqları
- Planlama
- Təşkilatçılıq
- Məsuliyyət
- Çoxşaxəli iş görmək
Tələblərə uyğun namizədlər CV-lərini e-mail ünvanına ([email protected]) göndərə bilər.