"PASHA Bank" Kreditlərə Nəzarət, Girovların İdarə Edilməsi şöbəsinə Kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az bankın vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşiniz nədən ibarətdir?
- Əmlaklara baxış (ehtiyac olduqda) və yekun rəyin verilməsi də daxil olmaqla girovların qiymətləndirilməsinə nəzarət və icra olunması;
- Girov monitorinqinin vaxtında və yüksək keyfiyyətdə aparılması və icrası olunması;
- Şərtlərə nəzarət və icra olunması (kredit verildikdən sonra bank tərəfindən müştəri üçün müəyyənləşdirilən şərtlərin həyata keçirilməsi);
- Qiymətləndirilmə şirkətlərinə nəzarət edilməsi, idarə və müşahidə olunması;
- Girovların sığortalanmasına nəzarət və koordinasiya;
- Əmlak bazarı üzrə araşdırmaların həyata keçirilməsi;
- Requlyatorun tələblərə əsasən girov portfelinin idarə olunmasına nəzarət;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Lisenziya / Sertifikat: Müxtəlif növ əmlakların qiymətləndirilməsi, BQS, ACCA FA üzrə sertifikatların olmasına üstünlük verilir;
- Xarici dillər: İngilis və ya Rus;
- Kompüter bilikləri: MS Office, Excel, Word və s;
- Bazar üzrə biliklər: Tələb olunur;
- Başqa tələblər: Daşınmaz əmlak, avadanlıqlar üzrə texniki biliklər, tikinti, əmlak bazarı, kəmiyyət üzrə araşdırma.
Müracit üçün LİNKƏ daxil olun.