GoldenPay ASC Nağd vəsaitlərin idarə edilməsi üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vakansiyanın tələbləri:
- Maliyyə, mühasibat uçotu və ya müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi müvafiq sahə üzrə 3 il ;
- Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
- MS office proqramları üzrə biliklər;
- 1 C 8.3 proqramı biliyi üstünlükdür;
- Analitik təhlil etmə qabiliyyəti;
- Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
- Dəqiqlik və detallara diqqətli olmaq;
- Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər.
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyəti ilə bağlı iş planını və hesabatları hazırlamaq;
- Pul vəsaitlərinin saxlanmasına, daşınmasına, miqdarının dəqiqliyinə, təhvil verilməsinə, qaydalara uyğun olaraq terminalların inkassasiya olunmasına və əməliyyatların aparılmasına nəzarət etmək;
- Təşkilatın xəzinəsinin nağd pul təminatının icrasını təşkil etmək;
- Pul vəsaitlərinin çatdırılması üzrə inkassatorların fəaliyyətini tənzimləmək;
- İnkassatorları təlimatlandırmaq və təhlükəsizlik qaydalara uyğun hərəkət qrafikini və nəqliyyat vasitəsi ilə təchiz olunması prosesini idarə etmək.
- İnkassasiyanın aparılması üçün tələb olunan sənədləri hazırlamaq;
- Bank köçürmələrinin planlaşdırılması və həyata keçirilməsi prosesinə nəzarət etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Son müraciət tarixi: 25.07.2024
Müraciət etmək üçün, CV-nizi email adresinə ([email protected]) mövzü hissəsində vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.