VAKANSİYA

10 İyul

SƏTƏM üzrə mütəxəssis - VAKANSİYA

"RİCON" MMC SƏTƏM üzrə mütəxəssis (Goranboy, Bakı) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əsas vəzifə funksiyaları:

  • Müəssisədə SƏTƏM təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlamaq;
  • Lazımi SƏTƏM siyasətlərinin, sistemlərinin, standartlarının, göstərişlərinin və əlaqələndirici sənədlərin yerində olmasını və SƏTƏM idarə sisteminin tələblərinə cavab verməsini təmin etmək
  • Layihə üzrə bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əməyin mühafizəsinin təmini üzrə SƏTƏM planı hazırlamaq;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə müştərinin və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və həyata keçirmək;
  • Müxtəlif sahə təftişi zamanı aşkar edilmiş nöqsanları izləyir, əsas səbəblərini təhlil edir və prosesin təkmilləşdirilməsini təmin edir;
  • Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin edir;
  • Layihə üzrə layihə işinə başlamazdan əvvəl riskin qiymətləndirilməsini və təhlükələrin aşkar edilməsi proses və metodları müəyyən etmək;
  • Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına nəzarət edir, müntəzəm olar riskləri yenidən qiymətləndirir, SƏTƏM nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət verir və aradan qaldırma tədbirlərini həyata keçirir;
  • Təhlükəli şəraitlərin və təhlükəli işlərin aradan qaldırılmasını təmin edir və düzəliş tədbirlərinə dair müvafiq tövsiyələr verir;
  • Tikinti zamanı sahəyə müntəzəm baş çəkərək tikinti briqadalarının və podratçıların yüksək SƏTƏM səviyyəsinə əməl etdiklərini yoxlamaq və lazım olan düzəliş tədbirlərinə dair göstərişlər vermək;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə hadisələrin təhqiqatını aparır və potensial xəsarətlərin qarşısının alınması üçün tədbirlər görür 

Vakansiya üzrə tələblər:

  • Ali təhsilinin olması;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • SƏTƏM sahəsi üzrə sertifikatların olması;
  • Ms Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilməlidir;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bilməlidir;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.

İş şəraiti:

  • İş qrafiki: 6 günlük;
  • Əmək haqqı müsahibə zamanı danışılacaq;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri.

Maraqlanan namizədlər CV-lərini mövzü hissəsində “SƏTƏMM mütəxəssisi” qeyd edərək e-mail ünvanına ([email protected]) göndərə bilərlər.