Fasad - F MMC Maliyyə direktoru vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İş barədə məlumat:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət;
- Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əməkhaqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- İnzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsi;
- DSMF, vergi, statistika hesabatlarının vaxtında tərtib və təqdim edilməsi;
Namizədə dair tələblər:
- Təhsili ali olmalı (Mühasibat uçotu və audit, İqtisadiyyat, Menecment və Maliyyə ixtisasları üzrə);
- Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi);
- Vergi Məcəlləsini və Vergi qanunvericiliyini yüksək səviyyədə bilməli;
- Azərbaycan dilində sərbəst danışmalı
- MC Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə bilməli);
- ACCA, CFA sahəsində biliklərə malik namizədlərə üstünlük verilir;
- Komanda ilə işləmə qabiliyyəti;
- Analitik düşünmə, analiz etmə, operativlik;
- Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 tam iş günü, şənbə, bazar istirahət günü
- Əmək haqqı: razılıq ilə
- Ünvan : Binəqədi şossesi 12
Göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Maliyyə direktoru” qeyd edərək CV formasını mail adresimizə ([email protected]) göndərməyiniz xahiş olunur.