VAKANSİYA

28 İyun

Texniki ofis mühəndisi - VAKANSİYA

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC Texniki ofis mühəndisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Namizədə olan tələblər:  

  • Mühəndislik sahəsi üzrə ali təhsil;  
  • Texniki şöbədə minimum 3 il iş təcrübəsi; 
  • İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, Primavera);  
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;  
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli; 
  • Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq; 
  • Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
  • Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət; 
  • Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.  

Vəzifə öhdəlikləri: 

  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;  
  • Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək; 
  • Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;  
  • Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;  
  • Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;  
  • Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;  
  • Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;  
  • Qiymətləndirmə üçün hesabatların aparılması; 
  • Yaş həddi:25-55 yaş

Qeyd: namizədlər CV-lərini e-mail ünvanına ([email protected]) göndərə bilər.