VAKANSİYA

25 İyun

İnsan resursları üzrə kiçik mütəxəssis - VAKANSİYA

"FINCA Azerbaijan" şirkəti İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifənin əsas öhdəlikləri:

İşə qəbul və Seçim:

  • İşçilərin Axtarışı və Seçimi ilə bağlı bütün fəaliyyətlərin keyfiyyətli və effektiv şəkildə, eyni zamanda qəbul olunmuş siyasət və prosedurlara əsasən həyata keçirilməsini təmin etmək. Bu fəaliyyətlərə daxil olan iş müraciətlərinə nəzarət, iş müraciətlərinin müraciətlərin izlənmə faylına daxil edilməsi, iş elanlarının hazırlanması, müraciətlərin ilkin qaydada nəzərdən keçirilməsi, müsahibə və sınaqların təşkili, seçim prosesindən əvvəl namizədlərlə telefon vasitəsilə və ya canlı müsahibələrin aparılması, tövsiyə məktubları, istinad və qeydlərin yoxlanış formasının doldurulması, FINCA üçün namizədin seçilməsi zamanı tələb olunan digər sənədlərin yoxlanılması və s. daxildir.
  • HR Administrasiyası funksiyası ilə birlikdə bütün növ sənədlərin AR qanunvericiliyinə uyğunluğunu təmin etmək
  • Qeydə alınmış vakant yerlərə uyğunluq üçün iş müraciətlərinin ilkin qaydada yoxlanılmasını həyata keçirmək, lazım olduqda müsahibələri təşkil etmək və aparmaq və müvafiq ərazi meneceri və ya İR üzrə Menecerlə əməkdaşlıq çərçivəsində namizədlərin yekun qısa siyahısını hazırlamaq.

Sənədləşmə və Güzəşt Proqramının Administrasiyası:

  • Bütün şəxsi faylların müəyyən edilmiş təlimat və prosedurlara uyğun olaraq qorunub saxlanılmasını və yenilənməsini təmin etmək 
  • HRIS hesabatlarının tələb olunan qaydada müvafiq məhsul şəxslərə təqdim edilməsi daxil olmaqla İnsan Resursları İnformasiya Sisteminin (HRIS) idarə edilməsi
  • İşçilərin işdən azad edilməsi, yaxud İR-rı ilə bağlı digər çətinliklərin həlli üçün lazımi dəstəyin göstərilməsi

Namizəddən gözləntilərimiz:

  • Ümumi 1 il rəsmi iş təcrübəsi (minimum 6 ay İnsan resursları üzrə iş təcrübəsi mütləqdir)
  • İnsan resursları, dövlət və ya biznes idarəçiliyi, hüquq, sosial elmlər və ya digər əlaqədar sahələr üzrə universitet dərəcəsi; İ
  • İnsan resurslarının idarə olunması prinsiplərinin yaxşı qavranılması;
  • Azərbaycan dili-səlis, ingilis və rus dili arzuolunandır
  • Microsoft Office proqramlarında üstün səriştəlilik

Bacarıqlar:

  • Detallara diqqət
  • Stressədavamlılıq
  • Komanda işi
  • Ünsiyyət bacarığı
  • Təşkilatçılıq

Müraciət üçün LİNKƏ daxil olun.