VAKANSİYA

21 İyun

İnsan resursları üzrə mütəxəssis (xanım) - VAKANSİYA

 

"Eleven Park" şirkəti İnsan resursları üzrə mütəxəssis (xanım) vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş haqqında məlumat:

  • Qanunvericiliyin tələblərinə uyğun işçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti;
  • Əmək müqavilələrinin hazırlanması;
  • Əmək qanunvericiliyinə və İdarə Heyəti sədrinin sərəncam və əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, əmək haqqı və iş rejimi dəyişikliyini, işdən azad edilməsini rəsmiləşdirir, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişinin qeydiyyata alınması;
  • EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi;
  • İşçilərin əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyət, əmək və məzuniyyət və s. üzrə hesablamaların aparılması ,əmrlərin sistemə daxil edilməsi, qeydiyyatının aparılması;
  • Əmək kitabçalarının qəbulu, əmrlər əsasında doldurulması, müvafiq dəyişikliklərin aparılması, saxlanılması və yeni əmək kitabçalarının açılması;
  • Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
  • Vahid bəyannamənin və Statistika hesabatının tərtib edilib,təqdim olunması;
  • Əmək haqqı cədvəlinin tərtib edilməsi;
  • İşçilər üçün əmək haqqı kartlarının sifarişi;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması;

Tələblər:

  • Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
  • MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Təhsil : Ali 
  • Yaş həddi : 25-45 
  • İş təcrübəsi: 3ildən -5 ilə

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
6 günlük iş qrafiki (şənbə günü qısa iş günü)
Ünvan: 8 noyabr m/s yaxınlığı

Əlaqə nömrəsi : 010-717-70-80
E-mail: [email protected]