VAKANSİYA

12 İyun

Marketinq meneceri - VAKANSİYA

"Grand Agro" MMC –nin əsas fəaliyyət bağçılıq və yüksək keyfiyyətli zeytun yağının istehsalı üzrə istiqamətlənmişdir. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını, yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsini və təbii sıxım Zeytun yağı istehsalı üçün emal zavodunun tikintisini həyata keçirir.

Fins.az xəbər verir ki, "Grand Agro" MMC "Marketinq meneceri" vakansiyası elan edir.

Təsvir:

  • Məhsul spesifikasiyasına uyğun həm daxili, həm də xarici bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozların və hesabatların hazırlanması;
  • Şirkətin bazarda mövqeyini müəyyənləşdirmək, bazardakı rəqiblər haqqında məlumatların toplanması, satış qiymətləri, marketinq kommunikasiyaları metodlarının analizi;
  • Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyacları, alış vərdişlərinin analizinin və hesabatın hazırlanması;
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;
  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;
  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması, bu sahədə işlərin koordinasiyası və nəzarətin həyata keçirilməsi;
  • Kommunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması;
  • Şirkətin marketinq kampaniyalarının təşkil olunması və onlara nəzarət;
  • Şirkət məhsullarının/brendlərinin bazar payının formalaşdırılmasında iştirak;
  • Şirkət məhsulları üçün marketinq planının hazırlanması, icrası, monitorinqi və hesabatının verilməsi.

Tələblər:

  • Ali təhsil (Biznesin İdarəedilməsi, Marketinq sahəsində olması üstünlükdür)
  • Müvafiq sahə üzrə minimal 5 il iş təcrübəsi
  • Azərbaycan dili – ana dili (sərbəst); Rus və ingilis dili – yaxşı səviyyədə;
  • MS Office proqramları biliyi – yaxşı səviyyədə;
  • Proqnoz və nəticələrin effekiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (ppt)
  • Məntiqi-analitik düşüncə qabiliyyəti
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;

Ətraflı məlumat üçün linkə keçid edin.