SF Azərbaycan BOKT Məhkəmə işləri üzrə hüquqşünas vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İş missiyası:
- Müəssisənin tələblərinə uyğun peşəkar, yenilikçi, yüksək ixtisaslı, etibarlı hüquqi xidmətlərin görülməsi və məhkəmə işlərinin idarə edilməsidir.
Tələblər:
- Təhsil: Ali, Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan və Rus dillərini mükəmməl bilmək.
- Təcrübə: Hüquq sahəsində minimum 1 il.
- Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı.
- Şəxsi keyfiyyətlər: Təşkilat və onun missiyasına sadiqlik; Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
- Üstünlüklər: Regionlara səfər etmək imkanına malik olmaq.
Vəzifə öhdəlikləri:
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Müəssisəni təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdlərin (müqаvilələrin) imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin tətbiqinin qarşısının alınması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;
- Müəssisənin hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
- Problemli kreditlərlə bağlı müraciətlərə baxılması, bildirişlərin göndərilməsi;
- İddia ərizələrinin hazırlanaraq məhkəməyə göndərilməsini təmin etmək;
- Problemli kreditlərlə bağlı Müəssisənin maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlardan şikayət vermək;
- Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak və s.
İmtiyazlar:
- Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Tibbi sığorta təminatının verilməsi;
- Dadlı və limitsiz qəhvə;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Şərtlər:
- İş vaxtı: 5/2, 09:00 - 18:00;
- Əmək haqqı: 500 AZN (net) + KPI 3000 AZN.
Müraciət üçün LİNKƏ daxil olun.