VAKANSİYA

06 İyun

Əməliyyatlar üzrə bölgə lideri - VAKANSİYA

"Pizza Mizza" şirkəti əməliyyatlar üzrə bölgə lideri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Pizza Mizza MMC ailəsi olaraq,  2-dən 4-ə qədər filialına dəstək göstərəcək, onları inkişaf etdirəcək və uzunmüddətli satış və mənfəəti maksimuma çatdırmaq üçün restoran əməliyyatlarını yaxşılaşdıracaq tam ştatlı Əməliyyatlar üzrə bölgə lideri axtarırıq. Bu şəxs problemləri həll etməyi bacarmalı, növbələrdə işləyə bilməlidir.

Əməliyyatlar üzrə bölgə lideri, xarici müştərilər və restoran rəhbərliyi və işçi heyəti daxil olmaqla müştərilər ilə müsbət işgüzar əlaqələr qurmaq üçün Pizza Mizza dəyərlərini və liderlik davranışlarını daim nümayiş etdirməlidir.

Əməliyyatlar üzrə bölgə rəhbəri, 2-4 restoranın ümumi menecerləri ilə birlikdə keyfiyyət, xidmət və təmizlik standartlarını qorumaq, qida təhlükəsizliyi standartlarına riayət etmək, yeni təşəbbüslər, yeni məhsul və yeni standartlar buraxılışlarını vaxtında həyata keçirmək üçün işləyəcək. O, həmçinin restoranların maliyyə performansının yüksək səviyyədə olmasını təmin etməlidir.

İş barədə məlumat:

  • Təhkim edilmiş filiallar üzrə ən yüksək satış həcminə nail olmaq, müştəri mənmuniyyətini artırmaq, xərcləri və itkiləri maksimum azaltmaq, restoranın daimi fasiləsiz və yüksək səviyyədə fəaliyyətini və müştərilərə yüksək səviyyədə xidməti təmin etmək üçün həmin filiallara dəstək olmaq.
  • Təhkim edilmiş filiallar üzrə əməliyyat standartlarına, işçi heyətinə və cədvəllərə nəzarət etmək.
  • Potensial liderlərə mentorluq etmək və əvəzedicilərin yetişdirilməsini idarə etmək.
  • Satış hədəflərinə çatmaq üçün təhkim edilmiş filiallara dəstək olmaq.
  • Müxtəlif platformalarda yüksək müştəri məmnuniyyəti reytinqini/səviyyəsini saxlamaq.
  • Davamlı təkmilləşmə üçün satış məlumatlarını və müştəri rəylərini təhlil etmək.
  • Qida təhlükəsizliyi, təmizlik və əməliyyat standartlarına riayət olunmasını təmin etmək.
  • Daxili və xarici audit üçün filialları hazırlamaq.
  • Müntəzəm auditlər aparmaq və lazım gəldikdə düzəldici tədbirlər həyata keçirmək.
  • Filialların performans göstəricilərini izləmək və təhlil etmək.
  • Performansın təkmilləşdirilməsi üçün tədbirlər hazırlamaq və tətbiq etmə
  • Filialların satış və marketinq fəaliyyətlərini idarə etmək və nəzarət etmək.
  • Satış hədəflərinə çatmaq üçün strategiyalar hazırlamaq və həyata keçirmək
  • Filial menecerləri və işçilərin inkişafını təmin etmək üçün təlimlər keçirmək və dəstək vermək.
  • İşçilərin motivasiyasını və performansını artırmaq üçün tədbirlər görmək
  • Filiallarda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək
  • Filial işçiləri ilə sıx əməkdaşlıq etmək və onlarla effektiv ünsiyyət qurmaq.
  • İşçilərin inkişafı və təliminə fokuslanmaq, onların performansını artırmaq üçün tədbirlər görmək.
  • Şirkətin mövcud Standart İş Prosedurlarını (SOP) və daxili qaydalarını izləmək və onların düzgün yerinə yetirilməsini təmin etmək.
  • Yeni SOP-ları və şirkət qaydalarını tətbiq etmək və onların effektiv həyata keçirilməsini təmin etmək.
  • SOP-ların və qaydaların icrasını nəzarət etmək və mütəmadi olaraq yenilikləri təklif etmək.

Namizədə tələblər:

  • Restoran idarəçiliyi və ya oxşar sahədə ən azı 3 il iş təcrübəsi. Sürətli xidmət restoranları (QSR) və ya kafe formatlarında təcrübə arzuolunandır.
  • Güclü layihə idarəetməsi, satış bacarığının olması, işçi heyətinin idarə edilməsi və maliyyə menecmenti üzrə biliklərin oması.
  • Əla ünsiyyət, liderlik və işçilərlə kommunikasiya bacarıqları olmalıdır.
  • Çevik, problem həlletmə bacarığı olmalıdır.
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
  • Maliyyə idarəçiliyi və büdcə planlaşdırması təcrübəsi.

İş şəraiti:

  • İş vaxtı qrafikə əsasən, 6 günlük iş rejimi.
  • Əmək haqqı 1700-1900 azn
  • Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus
  • Nahar verilir

Maraqlananlar şəkilli CV-lərini “Əməliyyatlar üzrə bölgə lideri” başlığı altında elektron ünvanına ([email protected]) göndərə bilərlər.