VAKANSİYA

04 İyun

Treydinq şöbəsi üzrə Baş mütəxəssis - VAKANSİYA

"PASHA Bank" Treydinq şöbəsi üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az bankın vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

  • Yerli və xarici bazarlarda istiqrazların ticarəti;
  • Pul bazarı alətlərindən likvidliyin idarə olunması və gəlir artırmaq məqsədilə effektiv istifadə;
  • Törəmə maliyyə alətlərinin qiymətləndirilməsi və ticarətinin həyata keçirilməsi;
  • Bank üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və beynəlxalq kapital bazarı imkanlarının araşdırılması;
  • Gəlir artırmaq məqsədilə fərqli investisiya alətlərinin araşdırılması və tədbiqi;
  • Yerli və xarici banklar/brokerlər ilə Repo/Əks-Repo əməliyyatlarının həyata keçirilməsi;
  • Lazımi hesabatların keyfiyyətinə və dəqiqliyinə nəzarət etmək, daxil edilmiş məlumatların doğruluğunun təmin edilməsi;
  • Bütün proses və prosedurların ən yaxşı təcrübəyə, Bankın davranış qaydalarına və normativ tələblərə uyğun olmasının təmin edilməsi.

Tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: İnglis dili (səlis), Rus dili (üstünlük verilir);
  • Yüksək səviyyədə kommunikasiya bacarıqları;
  • Komputer bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri (excel, power point), Bloomberg;
  • Beynəlxalq sertifikatlar: CFA level 2 (üstünlük verilir);
  • Kapital bazarları, törəmə maliyyə alətləri barədə dərin biliklər.​

Müraciət üçün LİNKƏ daxil olun