Azərbayacan fəaliyyət göstərən şirkətlərdən biri Bank köçürmələri üzrə əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə);
- Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilməli, ingilis dili biliyi üstünlükdür;
İş barədə məlumat:
- Əmək haqqı: 600 AZN-700 AZN
- İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “Bank köçürmələri üzrə əməliyyatçı” başlığı altında e-mail ([email protected]) ünvanına göndərməyiniz xahiş olunur.