VAKANSİYA

27 May

Beynəlxalq münasibətlər üzrə mütəxəssis - VAKANSİYA

"Topchubashov Center" Beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə və öhdəliklər:

  • Həvalə olunmuş region/tematika üzrə hadisə və prosesləri gündəlik əsasda izləmək;
  • Analitik rəy, məqalə və hesabatlar yazmaq, eləcə də Mərkəzin video-kontentinin hazırlanmasında iştirak etmək;
  • Müraciət olunduğu təqdirdə digər media orqanları, beyin mərkəzləri, təşkilat və şirkətlərə müsahibələr vermək, eləcə də yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək.

Tələblər:

  • Beynəlxalq münasibətlər, siyasi elmlər, regionşünaslıq, təhlükəsizlik, siyasi iqtisad, beynəlxalq hüquq və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Araşdırma, analitik yazı və təqdimat bacarıqları;
  • Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyəti (əlavə olaraq rus, fransız, alman və digər Avropa dillərini bilənlərə üstünlük veriləcək);
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq və inkişaf üçün motivasiya;
  • MS Office, Google Drive və onlayn axtarış sistemləri üzrə təcrübə.
  • 20-30 yaş qrupuna aid olan və aşağıdakı istiqamətlər üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək:
  • Avropa İttifaqı institutları və mexanizmləri, eləcə də Şərq Qonşuluğu siyasəti;
  • Beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyəti;
  • “Şərq Tərəfdaşlığı”, xüsusilə Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri.

Əmək haqqı iş rejimi və sahə üzrə təcrübədən asılı olaraq namizədlə razılıq əsasında müəyyən ediləcək.

Maraqlanan şəxslərin “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə öz tərcümeyi-halını (CV) və yazı nümunələrini (mövcud olduğu təqdirdə) e-mail ünvanına (
[email protected]) göndərmələri xahiş olunur.

Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.