VAKANSİYA

20 May

Aparıcı mühasib - VAKANSİYA

2003-cü ildən “Kristal Abşeron” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.

Bu gün “Kristal Abşeron” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.

İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan Abşeron” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.

Fins.az xəbər verir ki,  “Kristal Abşeron” şirkəti "Aparıcı mühasib" vakansiyası elan edir.

Tələblər:

  • Ali təhsil (maliyyə, mühasibat uçotu və ya audit);

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

  • Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);

  • Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel), BTP, 1C;

  • E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;

  • Komandada işləmək bacarığı;

  • MHBS səviyyəsində Peşəkar Mühasib Sertifikatının (PMS) olması;

  • Mənfəət və ƏDV vergi bəyannamələrini təqdim edə bilməsi;

  • Uçot əməliyyatlarını və mühasibat müxabirləşmələrini bilməsi.

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;

  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;

  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;

  • 1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;

  • Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;

  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;

  • Bakı şəhəri, Hüseynbala Əliyev 32/24

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Aparıcı Mühasib” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.