VAKANSİYA

17 May

Marketinq və Satış üzrə Direktor

Fins.az xəbər verir ki, "Improve Group" "Marketinq və Satış üzrə Direktor" vəzifəsi üzrə vakansiya elan edir.

Şirkətimizin məhsullarının reklamı və satışına kömək etmək və bazar sənayesində şirkətimiz üçün rəqabət üstünlükləri yaratmaq üçün mütəşəkkil satış və marketinq direktoru axtarırıq. Satış və marketinq direktorunun vəzifələrinə unikal satış planlarının yaradılması, cəlbedici reklamların, e-poçtların və tanıtım ədəbiyyatının yaradılması, qiymət strategiyalarının hazırlanması, marketinq və satış üzrə insan resursları məqsədlərinə cavab vermək daxildir. Satış və marketinq meneceri şirkətin brendini təmsil edir və bazarı, rəqibləri və sənaye tendensiyalarını müşahidə edərək məhsul haqqında məlumatlılığı artırmaq üçün strategiyalar hazırlayır.

Vəzifə öhdəlikləri:

  • Marketinq strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi;

  • Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərini müəyyən etmək və onların təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək;

  • Marketinq büdcəsinin planlaşdırılması və bölüşdürülməsi;

  • Marketinq tədqiqatlarında iştirak (məsələn, rəqiblərin və bazar imkanlarının təhlili);

  • Biznes, hədəf, bazar və rəqib kontekstində düzgün istinad meyarlarının müəyyən edilməsi;

  • Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;

  • PR kampaniyalarının yaradılması və həyata keçirilməsi;

  • Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət;

  • Məhsulun inkişaf strategiyasını hazırlaması və təsdiq edilməsi;

  • İşin nəticələrini nəzarət və təhlil etmək;

  • Yeni satış planlarının və reklamların həyata keçirməsi;

  • Korporativ görüşlərin keçirilməsi.

  • Müştəri seqmentləri və kanalların effektivliyinin təhlil edilməsi;

  • Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi

  • (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək, rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi;

  • Müştəri bazasının qurmağı, bu bazadakı müştərilərin siyahısına uyğun olaraq planın hazırlanması və yeni müştəriləri bu bazaya elavə edilməsi;

  • Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsinə nəzarət;

  • Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması;

  • Şirkətin sosial media hesablarının idarə olunması (Facebook, Instagram,Twitter, Google Business. YouTube);

  • Brendin və xidmətlərin rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsi;

  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;

  • Rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;

  • Internet resurslardan gələn sorğuların cavablandırılması;

  • Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların dizayn edilməsi;

  • Bazar vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq;

  • Bazarı və bazar tendensiyalarının araşdırılması;

  • Foto/video çəkilişləri prosesinin təşkil və nəzarətinin təmin edilməsi;

  • Media, reklam və marketinq agentlikləri ilə sıx əməkdaşlıq etməyi bacarmaq;

  • Əsas marketinq göstəricilərini izləməli və təhlil etməli;

  • Markanı tanıtmaq üçün müxtəlif görüşlərdə və konfranslarda iştirak edir.

  • Müəsisələr üzrə qoyulan satış hədəflərini yerinə yetirmə

  • Şirkətin mövcud korporativ şirkət siyahısı ilə aktiv əməkdaşlıq

  • Əməkdaşlıq qurulması üşün yeni şirkətlərin müəyyən edilməsi

  • Şirkət xidmətlərinin təklif edilməsi məqsədi ilə şirkətlərlə əlaqələrin qurulması, görüşlərin keçirilməsi

  • E-mail marketinq vasitəsi ilə şirkət xidmətləri barədə məlumatların yayılması

  • Şirkət xidmətlərinin çeşidinin artırılması ilə bağlı təkliflərin hazırlanması və müzakirəsi

  • Mütəmadi bazar və rəqib araşdırmalarının aparılması və hesabatların hazırlanması

  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, problemlərin səbəblərini araşdırmaq və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirləri həyata keçirirmək;

Vəzifəyə tələblər:

  • Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);

  • Satış və marketinq rəhbərliyi sahəsində 4-6 il iş təcrübəsi;

  • Rəqəmsal marketinq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi.

  • Komanda ilə işləmə bacarığı;

  • Analiz etmə və problemləri həll etmə bacarığı;

  • Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;

  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;

  • Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;

  • Təzyiq altında işləmək bacarığı.

  • B2B, B2C satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi.

İş haqqında:

  • ARƏM uyğun işə qəbul;

  • Nahar şirkət tərəfindən təmin olunur;

  • İş saatı: 09:00-18:00;

  • İş qrafiki: 6 günlük.

Əmək haqqı: 2000 - 2500 AZN

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “Marketinq və Satış üzrə Direktor” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.