“MKT İstehsalat Kommersiya” MMC iqtisadiyyatımızın qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətimizin əsas fəaliyyəti ölkəmizin ağ qızılı olan pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrimizdə emalından ibarətdir.
Şirkətimiz xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik, pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.
Fins.az xəbər verir ki, "MKT İstehsalat Kommersiya" MMC "Kiçik Auditor" vakansiyası elan edir.
Təsvir:
- Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq audit prosesini həyata keçirmək;
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək.
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.
"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Tələblər:
- Ali təhsil (maliyyə, hüquq, ali riyaziyyat);
- Müvafiq sahədə 0-1 il iş təcrübəsi;
- Komandayla çalışa bilməli;
- Yazılı / şifahi ünsiyyət qurmaq bacarığı;
- Analitik düşüncə bacarığı;
- Mühasibatlıq üzrə ilkin biliklər arzu olunandır;
- Ezamiyyələrə açıq olmalı;
- Microsoft Excel, Misrosoft Word, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Ətraflı linkə keçid edin.