VAKANSİYA

15 May

Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi - VAKANSİYA

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Kapital Bank 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin (“törəmə müəssisə”) 100%-lik sahibi olmuşdur. “BirKart BOKT” MMC yaradılmasının məqsədi əhalinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması üçün kart məhsullarının onlar üçün əlçatan nöqtələrdə satılmasıdır.

Fins.az xəbər verir ki, "Kapital Bank" "Hesabatlıq şöbəsinin aparıcı mütəxəssisi" vakansiyası elan edir.

Rol haqqında:

MHBS (IFRS)-ə uyğun olaraq Kapital Bankın maliyyə hesabatlarının hazırlanması, məlumatlarının təhlil edilməsi, nəticələrin araşdırılması və maliyyə aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların hesablanması üçün namizəd axtarırıq. İstifadəçilərinin sorğularının düzgün, vaxtında və yüksək səviyyə təqdimatla cavablandırılması əsas məqsədlərimizdəndir..

Öhdəliklər:

  • Hesabatlılıq və təhlil məqsədləri üçün maliyyə və qeyri-maliyyə məlumatlarının hazırlanması və nəticələrin araşdırılması;
  • MHBS (IFRS)-ə uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
  • Digər istifadəçilər üçün tələb olunan hesabatların hazırlanması;
  • Holdinq sorğularının vaxtında cavablandırılması;
  • Şöbənin funksiyasından irəli gələn digər işlər;
  • Daxili hesabat sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq.

Tələb olunan bacarıq və təcrübə:

Sizin barənizdə: 

  • Ali təhsil;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə ingilis və rus dili;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Analitik düşüncə qabiliyyətinə malik olmaq;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər (ACCA vəya CFA arzu olunandır);
  • Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək;
  • Məsuliyyətlilik, operativlik və dəqiqlik.

İşə qəbul prosesi:

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı 
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri:

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var. 
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları:

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.