VAKANSİYA

13 May

Əməliyyat üzrə mütəxəssis - VAKANSIYA

2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bank tərəfindən lisenziya almış AFB Bank öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Bank Qanunun 19 maddəsinə əsasən AFB Bank Bank olaraq Açıq Səhmdar Cəmiyyəti kimi təsis olunmuşdur. Bankın təsisçilərinin Bankı yaratmaqda məqsədləri Azərbaycan Respublikasında orta təbəqə əhaliyə və korporativ müştərilərə tam yeni keyfiyyətdə bank xidmətləri göstərən, xidmətlərinin çeşidinə görə seçilən, müştəriləri ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri quran, onların məsləhətçisi olan, rəqabət qabiliyyətli şərt və qiymətlərlə müştərilərin aktiv-passiv məhsullara olan tələbatını ödəyən bir universal bank yaratmaqdan ibarətdir.

Fins.az xəbər verir ki, "AFB Bank" "Əməliyyat üzrə mütəxəssis/aparıcı mütəxəssis" vakansiyası elan edir.

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər:

  • Ali təhsil;

  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

  • Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı (İngilis dili biliyi üstünlükdür);

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Yüksək səviyyədə ünsiyyət bacarıqları;

  • Komandada işləmək bacarığı.

İşin təsviri:

  • Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;

  • Korporativ müştərilərə bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat verilməsi;

  • Korporativ müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;

  • Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarının tərtib edilməsi, müvafiq  müraciət formlarının doldurulmasında köməklik göstərilməsi;

  • Korporativ əməliyyatların icrasının təmin edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.