VAKANSİYA

13 May

Təsərrüfat Şöbə Müdiri - VAKANSİYA

“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır.

Fins.az xəbər verir ki, "Zeytun Pharmaceuticals" "Təsərrüfat Şöbə Müdiri" vakansiyası elan edir.

 

Vəzifə funksiyaları:

  • Müəssisənin bölmələrinin təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin edilməsi;

  • Texniki vasitələrin mühafizəsi və vaxtında təmir olunmasına nəzarət edilməsi;

  • Təsərrüfat məqsədləri üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə nəzarət edilməsi;

  • Tabeçiliyində olan işçilərə nəzarət etmək;

  • Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq;

  • Vaxtında hesabatları verməli.

Tələblər:

  • Ali təhsil;

  • İş təcrübəsi müvafiq sahə üzrə 5 ildən az olmayaraq;

  • Yaş həddi: 30-50;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş həftəsi, 09:00-dan 18:00 kimi;

  • İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;

  • Nahar şirkət tərəfindən təmin edilir;

Maraqlanan şəxslər CV-ni [email protected] email ünvanına göndərə bilərlər.