VAKANSİYA

08 May

Satınalma şöbəsinin müdiri - VAKANSİYA

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir.

Fins.az xəbər verir ki, “BakuBus” "Satınalma şöbəsinin müdiri" vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin daxili satınalma qaydalarına, “Dövlət satınalmaları haqqında” Qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarının təşkil edilməsi.

  • Satınalma planının hazırlanması və icra edilməsi;

  • effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək;

  • Təchizatçılar ilə ünsiyyət qurmaq;

  • Satınalma komissiyası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;

  • Satınalma prosedurları ilə bağlı sənədlərin, təqdimatların və hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

  • Yerli və beynəlxalq bazarları mütəmadi araşdırmaq, malların (işlərin və ya xidmətlərin) təchizatı üzrə tender sənədlərinin, təkliflərin sorğularının və tender sənədləri qiymətlərinin hazırlanmasında iştirak etmək, tender təkliflərini təhlil etmək, ən sərfəli kommersiya şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələr və sektorlarla birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri hazırlamaq, gündəlik sənədləşmə işlərinin həyata keçirilməsini təşkil etmək.

  • Şöbə əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, şöbənin əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək və davranışlarının etik davranış qaydalarına uyğunluğuna müntəzəm nəzarət etmək;

  • Etibarlı təchizatçı bazasının hazırlanmasını təşkil etmək;

  • Strukturlarda əsas vəsaitlərin uçotu və hərəkətinin idarə olunması, anbarların işinin təşkil olunmasını təmin etmək;

  • Anbarların fəaliyyətini koordinasiya etmək.

  • Anbar təsərrüfatı istehsal-təsərrüfat fəaliyyətinə nəzarət həyata keçirmək.

  • Mal-materialların qəbulu, saxlanması və buraxılması və məqsədəuyğun şəkildə yerləşdirilməsi, saxlanma rejiminə riayət edilməsi üzrə işə nəzarət etmək.

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından müdafiə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərinin aparılmasına nəzarət etmək.

  • Daxili təminat və sifarşlərin zamanında və düzgün şəkildə təmin edilməsini işini təşkil etmək;

  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;

  • Xarici Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;

  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi

  • Cəmiyyətdə qəbul edilmiş və şöbənin işini tənzimləyən bütün daxili normativ-hüquqi sənədlərə və iş prosedurlarına qeyri-şərtsiz riayət etmək.

  • Şöbə üzrə meydana çıxan digər məsələlərin həlli;

Tələblər:

  • Ali təhsil;

  • Ümumi və Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;

  • Göstərilən vəzifə üzrə iş təcrübəsi: müvafiq vəzifə üzrə 5 il

  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;

  • Tələb olunan dil: Azərbaycan dili (əla), Rus-dili (yaxşı), İngilis-dili (yaxşı)

  • Yaxşı səviyədə MS Office bilikləri;

  • Komanda ilə işləmə bacarığı;

  • Təqdimat və təsiretmə bacarığı

  • Vaxtın idarəedilməsi bacarığı;

  • Problem həlletmə bacarığı

İş şəraiti:

  • İş yeri: BakuBus MMC

  • 5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

  • Nahar Şirkət tərəfindən təmin olunur;

  • Əmək haqqı: 2450 manat (vergilər daxil olmaqla)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma şöbəsin müdiri” yazaraq [email protected] e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.