VAKANSİYA

07 May

Marketinq üzrə koordinator - VAKANSİYA

Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.

Fins.az xəbər verir ki, "Abşeron Logistika Mərkəzi" "Marketinq üzrə koordinator"-u vakansiyası elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Reklam agentlikləri və dövlət qurumları ilə işlərin aparılması, xidmətlərə nəzarətin təmin edilməsi;
  • Tenderlərin keçirilməsi və təkliflərin alınması, vendorlarla iş;
  • Tədbirlərin, sərgilərdə təşkilati işlərin planlanması və icrasının aparılması;
  • Foto və video çəkilişlər etmə bacarığı;
  • Promo məhsulların sifarişinə nəzarət;
  • Marketinq anbarına nəzarət, qeydiyyatının aparılması;
  • Xidmət göstərən partnyorlarla sənədlərin koordinasiyası;
  • Digər departamentlərdən sorğuların qəbul edilməsi, emalı;
  • Aylıq, həftəlik və rüblük hesabatların rəhbərliyə təqdim olunması;
  • Marketinq xərclərinə və satınalma sənədlərinə nəzarət;
  • Araşdırma bacarığı;

Namizədə qarşı tələblər:

  • Ali təhsil; 
  • Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi, 
  • Kişi namizəd tələb edilir;
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis dillərini yüksək səviyyədə bilməli,
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını bilməli (Dizayn proqramlarından istifadə bacarığı  üstünlükdür);
  • Peşəkarlıq tələbləri:
  • Dəqiqlik; 
  • Təqdimat bacarığı;
  • Problem həll etmək qabiliyyətli,
  • Analitik düşünmə qabiliyyəti,
  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması; 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 07 iyun 2024-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Marketinq üzrə koordinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)