"UNIVERSAL Şirkətlər Qrupu" Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var.
İş barədə məlumat:
- Təsdiq olunmuş audit prosedurlarına uyğun audit prosesi ilə tanışlıq və prosesdə müəyyən edilmiş səviyyədə iştirak;
- Daxili nəzarət tərtibinin uyğunluğu ilə bağlı müzakirələrdə iştirak etmək;
- Təyin olunmuş sahədə audit yoxlaması zamanı hesabatların hazırlanmasında iştirak;
Namizədə tələblər:
- Audit sahəsi üzrə təcrübəli olmalı;
- İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
- Azərbaycan-dili (İngilis və Rus dili biliyi mütləqdir);
- Financial Accounting (ACCA F3) Sertifikatı (mütləqdir)
- Məsuliyyətli və risk yönümlü düşünmə qabiliyyəti;
İş şərtləri:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə və mobil telefon;
- Könüllü tibbi sığorta;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Kiçik Auditor” yazaraq göndərə bilərlər.